AZ

Qordan Jandrokoviç yenidən Xorvatiya parlamentinin spikeri seçilib

Qordan

Bakı, 16 may, AZƏRTAC

Xorvatiyada aprelin 17-də keçirilmiş parlament seçkilərindən sonra qanunverici orqanın ilk iclası olub. Qordan Jandrokoviç yenidən parlamentin spikeri seçilib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Jandrokoviçin namizədliyini parlamentin 151 deputatından 144-ü dəstəkləyib.

1967-ci il təvəllüdlü Qordan Jandrokoviç hakim Xorvatiya Demokratik İttifaqını təmsil edir. O, ilk dəfə 2017-ci ilin mayında, daha sonra 2020-ci ilin iyulunda ölkə parlamentinin spikeri seçilmişdi.

Qeyd edək ki, Xorvatiya parlamenti birpalatalıdır və dörd il müddətinə seçilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
38
azertag.az

10Mənbələr