AZ

Keçmiş daxili işlər naziri axtarışa verildi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Estoniya Xarici İşlər Nazirliyi və polisin keçmiş rəhbərlərini axtarışa verib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, 2022-2023-cü illərdə Baltikyanı ölkələrin xarici işlər naziri vəzifəsində çalışmış Urmas Reinsalunun, eləcə də Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin keçmiş baş direktoru Elmar Vaherin adları nazirliyin axtarış məlumat bazasına daxil edilib.

Reinsalu və Vaherin axtarışının Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığı hələlik məlum deyil. Bununla belə, hüquq-mühafizə orqanlarının məlumatına görə, sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsi ilə bağlı cinayət işləri çərçivəsində Estoniya, Latviya, Litva və Polşadan olan bütün hazırkı və keçmiş məmurlar axtarışdadır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
news24.az

1Mənbələr