AZ

Dortmund “Borussiya”sı ÇL-in matçı ilə bağlı PSJ-dən şikayət etdi

Dortmund “Borussiya”sı ÇL-in Parisdəki yarımfinal oyunu ilə bağlı PSJ-dən “Avropanın futbol azarkeşləri” (FSE) birliyinə şikayət ünvanlayıb.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

“Borussiya”nın narazılığı sözügedən oyunda Dourtmund klubunun azarkeşlərinə bilet çatışmazlığı ilə bağlıdır.
Mənbənin məlumatına görə, dortmundlular Çempionlar Liqasının yarımfinalında ələmə oyununa öz azarkeşləri üçün parislilərdən cəmi 480 bilet almasından narazıdırlar. Alman azarkeşlər həmçinin öz pankartlarını “Park de Prens” stadionuna gətirmək qadağası ilə üzləşiblər. Öz növbəsində PSJ düşərgəsi Fransa polisinin təhlükəsizlik tələblərini əsas gətirərək bu ittihamları rədd edib.

Vurğulanır ki, PSJ-nin diktorunun qonaq sektorda xüsusi səs dinamikləri vasitəsilə səsləndirilmiş açıqlamalarını “Borussiya” düşərgəsi təhqir olaraq qəbul edib. Dortmund klubunun fikrincə, bu, qəbuledilməzdir.

Öz növbəsində Avropa azarkeşləri birliyi “Borussiya”nın bütün müddəalar üzrə şikayətini artıq qəbul edib.

Xatırladaq ki, Dortmund “Borussiya”sı UEFA Çempionlar Liqasının hər iki yarımfinal oyununda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

Finalda “Borussiya” İspaniya nəhəngi “Real”la qarşılaşacaq. Final oyunu iyunun 1-də Bakı vaxtı ilə saat 23:00-da Londonun məşhur “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
arena.az

1Mənbələr