AZ

"İlhan Aşkın bildirib ki, Ermənistan səfirliyi və diasporasının ona qarşı olan ittihamlarına tutarlı faktlarla cavab veriblər" — ATXƏM sədri

Dünən Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçirilib.

İlhan Aşkın özü  bu barədə   məlumat verərək bildirib ki, Ermənistan səfirliyi və diasporasının ona qarşı olan ittihamlarına vəkili ilə birlikdə tutarlı faktlarla cavab veriblər.

Məhkəmənin qərarı iki həftədən sonra məlum olacaq.

O qeyd edib ki, bu gün özünü əsaslı, mövcud faktlarla istədikləri səviyyədə müdafiə edə bildilər və ermənilərin təzyiqlərinə rəğmən məhkəmənin ədalətli mövqe tutacağına inanır.

Çox təəssüflənir ki, məhkəmədə Azərbaycan səfirliyinin nümayəndələri və diaspora üzvləri heç bir dəstək verməyiblər. Lakin nə olursa olsun, xalqımlz, dövlətçiliyimiz uğrunda daim mücadilə aparacağını bildirib. 

İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
demokrat.az

4Mənbələr