AZ

İran dövlətinin Azərbaycanla dost olması mümkün deyil



"İran dövlətinin Azərbaycanla dost olması mümkün deyil. Bu, tarixin gedişinə zidd olardı".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, İran rejimi mahiyyətindən kənar heç nə edə bilməz:

"Bu rejim türklərə qarşı tarixən düşmən olub, indi də heç nə dəyişməyib. İran rejimi öz xislətini İslam adı altında gizlətmiş şarlatan bir rejimdir. İslam və Türk düşmənçiliyi bu rejimin həyat qayəsidir. Nə qədər ki, İranın şimalında Cənubi Azərbaycan türkləri yaşayır, bu rejim Azərbaycandan əl çəkməyəcək".

Azər Qasımov deyib ki, İran rejimi məqsədli şəkildə əlaqələrin bərpasını istəmir:

"Odur ki, bəlli aralıqlarla anti-Azərbaycan ritorikası və hədələr təkrarlanır. Bu, əslində Azərbaycanı qorxutmaq üçün deyil, hansıki Azərbaycanın İran rejimindən çəkinmədiyini yaxşı bilirlər, sadəcə Azərbaycanla dost olmadıqlarını xatırlatmaq istəyirlər.

Bu da ona görə edilir ki, Cənubi və Şimali Azərbaycan arasında əlaqələr yaranmasın. Yaradan olursa da, onlar təqib edilir. Məsələ ondadır ki, əlaqələrin normal olması bu təqiblərə yer qoymur. Amma əlaqələr gərgin olanda rejimin əlində bəhanə olur.
İran rejimi nə edirsə, özünə edir. O taylı bu taylı Azərbaycan xalqının fars rejiminin hərəkətlərinə birlikdə cavab verəcəyi gün uzaqda deyil".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
newscenter.az

1Mənbələr