AZ

ADA Universitetinin tələbəsi: Yarışda qalib gəlməyimizə çox böyük ümidimiz var

Bakı, 16 may, AZƏRTAC

“Azercell”in “İdeya İnkubasiyası Proqramı” layihəsi ilə universitetimizdə tanış olduq. Sonra peşəkar mentorlar ilə seçilmiş mövzular üzərində işə başladıq. Onların köməyilə layihəyə uyğun plan qurduq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azercell” və ADA Universiteti Fondunun birgə təşkil etdiyi “İdeya İnkubasiya Proqramı”nın qaliblərinin mükafatlandırılma mərasimində ADA Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ləman Xudadatzadə deyib.

“Proqram çərçivəsində ADA Universitetində keçirilən mentorluq sessiyalarında yerli və xarici mütəxəssislərin seminarlarında iştirak etdik. Layihəmiz texniki layihədir və kodlaşdırma ilə həyata keçirilir. Layihə çərçivəsində texniki intervüləri rəqəmsallaşdırmağa çalışırıq. Biz süni intellekt vasitəsilə insanlardan texniki intervülər götürməyə çalışırıq. Yarışda qalib gəlməyimizə çox böyük ümidimiz var”, - deyə L. Xudadatzadə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
azertag.az

1Mənbələr