AZ

Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, küləkli hava şəraiti ilə bağlı “Rəng Xəbərdarlıq Sistemi” bu gündən www.meteo.az saytı vasitəsilə əhaliyə çatdırılır.

N.Mahmudov bildirib ki, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, çəhrayı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim olunur.

Sarı xəbərdarlığa əsasən, sabah Bakıda və Abşeron yarımadasında, Yevlax, Salyan, Neftçala,  Mingəçevir, Gəncə,  Şəmkir, Samuxda güclü külək əsəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
1
qafqazinfo.az

6Mənbələr