AZ

“Aztelekom”da aparılan transformasiyanın 3 istiqaməti açıqlanıb

Gəlin razılaşaq ki, ən böyük transformasiya Onlayn Azərbaycan layihəsidir. 

FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

O bildirib ki, yüzə yaxın şəxsin bütün ölkənin fiberlə təmin etməsi, dünyada ən böyük layihədir. 

Biz hal-hazırda transformasiyanın 3 əsas istiqamətini müəyyən etmişik: İnsanların transformasiyası, Müştərilərin  transformasiyası və şirkət daxilində transformasiya. Bu 3 istiqamət üzrə transformasiya prosesini həyata keçirmək istəyirik. 

Şirkət daxilində transformasiya aparmaq üçün əməkdaşlarımız üçün təlimlərin keçirilməsi prosesini artırırıq. Aztekelom olaraq öz əməkdaşlarımız üçün onların öz bacarıqlarını transformasiya edə bilmələri üçün təlimlərə xüsüsi diqqət yetiririk. Təlimlərimizdə iştirakçı sayı artmaqdadır.

Müştərilərə gəlincə çalışırıq ki, müştərilər ilə əlaqələri gücləndirək. Qeyd edim ki, 2024-cü ilin ilk rübündə biz abonentlərdən 70 min sorğu almışıq. Bu göstərici əvvəlki illə müqayisədə  35% daha çoxdur.  Bu sorğu klassik kommunikasiya kanalı olan call center vasitəsilə aparılıb. 2024-cü ilin ilk rübündə 24 min sorğunu isə müxtəlif kanallar vasitəsilə qəbul etmişik. Bu sayları artırmağa çalışırıq, eləcə də rəqəmsal platformaların müştərilərə daha yaıxn olmasına çalışırıq.
Digər yandan şirkət daxilində ERP sistemimizi inkişaf etdiririk. Kibertəhlükəsizlik sahəsində də müəyyən işlər görürük.

 Transformasiya özü-özülüyündə bir layihədir və 1 il əvvəl başladıq bu layihəyə,  indi daha da bu transformasiyanı genişləndirməyə çalışırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
fed.az

1Mənbələr