AZ

Qazaxda Türkiyə universiteti ilə işbirliği protokolü İmzalandı

Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti ilə  Bakı Dövlət Universitetinin  Qazax filiali arasında əməkdaşlıq protokolu imzalanıb.

Əməkdaşlıq protokolunun imzalanma mərasimində Ərzincan Binəli Yıldırım Universitetini Türk dili və ədəbiyyatı kafedrasının professoru  Əli Kafkasyalı təmsil edib.  Hər iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra başlayan mərasim Heydər Əliyev və Qazi Mustafa Kamal Atatürkün həyatından bəhs edən qısa videoçarxın nümayişi ilə davam edib. 

Bakı Dövlət Universiteti Qazax Filialının  direktoru  Arif  Rüstəmov açılış nitqində əməkdaşlıq protokolunun təfərrüatlarına toxunub. Bildirib ki, iki universitet arasında imzalanmış bu protokol təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, elmi nailiyyətlərin tədris prosesinə tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı faydanın təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin aparılması prosesində əldə olunan nailiyyətlərin  tətbiqi və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. 

Ərzincan Binəli Yıldırım Universitetini təmsil edən professor Əli Kafkasyalı bildirib ki, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulmasından məmnunam. Bu protocol elmi-mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələri inkişaf etdirmək və gücləndirmək məqsədi daşıyır.  Hesab edirəm ki, tərəflər arasında imzalanmış müqavilə həm alimlərin, həm də tələbələrin gələcək işbirliyində mühüm rol oynayacaq. 

Əməkdaşlıq protokolunun imzalanma mərasimində çıxış edən  Qazax rayon icra hakimiyyəti başçısının  müavini Gülayə Həsənova və filialın  direktoru Arif Rüstəmov Ərzincan Binəli Yıldırım Universitetinin  rektoru professor Akın Leventə təşəkkür ediblər.

Azərbaycan Bakı Dövlət Universiteti Qazax filiali ilə Ərzincan Binəli Yıldırım Universiteti arasındakı  əməkdaşlıq protokolundan sonra professor Əli Kafkasyalı rektoru Akın Leventə məlumat verib.  Rektor Levent  əməkdaşlıq protokolunun hər iki universitet üçün faydalı olacağına ümid etdiyini  və bu işdə təşəbbüslərinə görə professor Əli Kafkasyalıya təşəkkürlərini bildirib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
xalqqazeti.az

1Mənbələr