AZ

"Aztelekom" ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 25 meqabit/saniyə sürətlə təmin edəcək

Bakı. Trend:

"Aztelekom" ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 25meqabit/saniyə sürətlə təmin etməyi planlaşdırır.

Trend xəbərverir ki, bu barədə "Aztelekom" MMC-nin baş direktoru TuralPirverdiyev "GSMA M360 Eurasia 2024" konfransında deyib.

""Onlayn Azərbaycan" layihəsi mövcud ADSL (Asymmetric DigitalSubscriber Line) texnologiyasını GPON (Gigabit Passive OpticalNetworks) texnologiyası ilə əvəz etməyə yönəlib ki, bu da saniyədə1 qiqabatadək sürətlə yüksəksürətli interneti təmin edəcək.Təşəbbüsün məqsədlərinə perspektivli və ekoloji cəhətdən təmizinfrastrukturun yaradılması, həmçinin göstərilən xidmətlərinkeyfiyyətinin artırılması daxildir", - deyə o bildirib.

T.Pirverdiyev "Aztelekom"un Azərbaycanda telekommunikasiyasahəsində aparıcı provayder olduğunu qeyd edib.

"Bütün fəaliyyətimiz müddətində müştərilərimizin dəyişənehtiyaclarını ödəmək üçün təklif etdiyimiz xidmətlərin, o cümlədənyüksək sürətli internet, telefon rabitəsi, televiziya və bir çoxdigər xidmətlərin siyahısını genişləndirmişik", - deyə o əlavəedib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024"beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyiciqurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarınınrəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digəriştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
az.trend.az

2Mənbələr