AZ

Təhsil ocaqlarında Qərbi Azərbaycan guşələrinin yaradılması maraqlı ideadır

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinə Qərbi Azərbaycan guşəsi yaradılsın.

 

Bu təkliflə AzEdu.az Təhsil Portalı çıxış edib.

 

Maraqlıdır, ictimaiyyət bu haqda nə düşünür?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, Qərbi Azərbaycan haqqında dərsliklərdə geniş yer verilməlidir:

 

“Məndə olan məlumata əsasən bununla bağlı hazırda işlər gedir. Yəni müxtəlif müsabiqələr, yarışlar keçirilir. Əgər bu prosesi dərinləşdirmək istəyiriksə, birinci dərsliklərdə bu məsləyə geniş yer verilməlidir. Yəni tarixlə bağlı məsələlərdə bu məqamlara xüsusi diqqət yetməlidirlər. Məktəblərin kitabxanalarında bu istiqamətdə ədəbiyyatların, kitabların olmasına ehtiyac var”.

 

Ceyhun Məmmədov qeyd edib ki,  təhsil müəssisələrində Qərbi Azərbaycanla bağlı guşələrin yaradılması maraqlı ideadır:

 

“Burada ilk növbədə kitablar, bu mövzuda əsərlər, xəritələr ola bilər. Eyni zamanda Qərbi Azərbaycanın tarixini, milli adət-ənənələrini əks etdirən əşyaların, ədəbiyyatların da olması yaxşı olardı. Həmin məsələdə vahid bir yanaşmanın, konsepsiyanın olması yaxşıdır. Qərbi Azərbaycan icması bir çox tanınmış ziyalılarını özündə əhatə edir. Məktəblərdə, ali təhsil müəssisələrində davamlı olaraq Qərbi Azərbaycan ziyalılarıyla tez-tez görüşlər keçirmək lazımdır. Bu görüşlər çox önəmlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
azedu.az

2Mənbələr