AZ

Üzgüçülük üzrə Qusar rayon birincliyi keçirilib

Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Üzgüçülük Federasiyasının, Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı və “Hədəf Şirkətlər Qrupu”nun sponsorluğu ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində üzgüçülük üzrə Qusar rayon açıq birincliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, regional idarənin əməkdaşları, üzgüçülük idman növü üzrə məşqçi-müəllimlər və 120 nəfər idmançı iştirak etmişdir.

Rəsmi hissədə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.

Bədii hissədə Qusar rayonunun "Lezginka" rəqs qrupunun çıxışı böyük maraqla qarşılanıb.

Daha sonra mübarizəyə start verilib.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları, "Hədəf Şirkətlər Qrupu"nun isə qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
rekord.az

1Mənbələr