AZ

Bakıda məşhur gül mağazası əslində buna görə YANIBMIŞ - Bütün detallar üzə ÇIXDI

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.


Həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib. Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyibki, hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib.


Ümumiyyətlə, istər mağazalarda, istərsə də digər obyektlərdə yanğının səbəbləri çox vaxt elektrik şəbəkəsindəki nasazlıq səbəbindən olduğu bildirilir. Fərdi evlərdə, iaşə obyeklərində və digər bu kimi yerlərdə baş vermiş yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olur.


Bəs buna necə nəzarət olunmalıdır?


Bu barədə təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elmar Nurəliyev Referans.az-ın sorğusunu cavablandırarkən bildirib ki, bütün təyinatlı obyektlərdə yağın təhlükəsizliyinə dair ciddi nəzarət olunmalıdır:


“Burada söhbət obyektin estetikasına uyğun olaraq yanğın təchizatına dair tələblərə riayət etməsindən tutmuş ilkin yanğınsöndürmə vasitələri, yanğın siqanlizasiya xəbərdarlığı, yanğın dolabları, su dirəkləri, yanğın şitləri və bu kimi təminatların daim işlək vəziyyətdə olması vacibdir. Obyektdə çalışan işçilərin sayına görə könüllü yanğınsöndürmə dəstələrinin yaradılması, işiçilərin yanğın təhlüksəziliynə dair bilik və bacarıqlarının artırılması önəmlidir. Bu bütün müəssisələrə aiddir. Hər bir obyektdə yanğın təhlükəsizliyi rejimi yaradılır və ona cavabdeh şəxslər müəyyənləşdirilir”.


Ekspert qeyd edib ki, hər hansı bir yanğın təhlükəsi yarada biləcək işlər görüldükdə yanğın təhlüksəzilyi qaydalarına riayət edilməklə bu işlər həyata keçirilməlidir. Onun sözlərinə görə, yanma, alışma və partlama riski yüksək olan mal-materialların yanğın təhlükəsizlik qaydalarına riayət edilməklə saxlanılması vacibdir:


“Yanğınların müxtəlif növləri var. Bərk materiallarda baş verən, maye halında olan maddələrin alışıb yanmasından başverən, qaz halında olan maddələrdən və elektrik naqillərindən baş verən yanğınlar var. Məhz yanğınların statistikasına baxsaq görərik ki, elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verən yanğınlar üstünlük təşkil edir. Buna görə də, elektrik təsərrüfatı daim saz vəziyyətdə olmalıdır. Onlara mütləq vaxtı-vaxtında texniki qulluq göstərilməlidir və elektrik naqillərinin normadan artıq yüklənməməsi təmin edilməlidir”.


Aqil Qarayev

Referans Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
2
referans.az

3Mənbələr