AZ

Evlənməyə hazırlaşan Könül Kərimovanın oğlu: “Evdə qırğın düşəcək”

“Yemək məsələsində evdə qırğın düşəcək… “

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artisti Könül Kərimovanın müğənni oğlu Rəşad “Xəzər axşamı”nda deyib.

O, anasının çox gözəl yeməklər bişirdiyini və bu məsələdə gələcək həyat yoldaşı ilə anası arasında narazılıq yaşanacağını bildirib.

Könül Kərimovanın isə oğlunun bu sözlərinə reaksiyası belə olub:

“Evdə yeməyi özüm bişirəcəm. Özüm gəlinə də, oğluma da qulluq edəcəm. Qoy, rahat yaşasınlar”.

Sənətçi oğlunu evləndirmək arzusundan danışıb:

“Hələ indiyə qədər oğluma heç bir qız göstərməmişəm ki, bununla evlən. İstəyirəm, özü sevib-seçsin və sevgi ilə ailə qursun. Hələ ki elə bir qız yoxdur”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
yenicag.az

2Mənbələr