AZ

Növbəti 5 ildə necə olacaq?

Bu il Dövlət Neft Fonduna neftin satışından gələn gəlirlər təqribən 5 milyard dollar təşkil edəcək.

Son 17 ildə AÇG-dən dövlətin mənfəət şəklində əldə etdiyi ən aşağı qazanc 2020-ci ildə (həm neft qiymətləri kəskin azalmışdı, həm də 1942-ci ildən bəri ilk dəfə Azərbaycan inzibati yolla hasilatı azaltmışdı) olmuşdu – 3,52 milyard dollar idi.

Amma 2022-ci ildə neftin gətirdiyi mənfəət demək olar ki, 10 milyard dollar idi. Ötən il 6 milyarddan bir qədər çox olmuşdu.

Yəni biz onu müşahidə edirik ki, mənfəət neftinin dəyəri son 5 ildə qeyri-stabildir (çünki bazarlar təlatümlü dövrünü yaşayır) və azalmağa meyllidir. Bəs növbəti 5 ildə necə olacaq?

Təbii ki, azalacaq, çünki hasilat azalır. Nə qədər qazana biləcəyimiz isə dünya bazarındakı qiymətlərdən asılı olacaq. 

Əgər neftin orta qiyməti hər ixrac etdiyimiz barel üçün 70 dollardan az olmayacaqsa, onda ilinə orta hesabla 3,5-4 milyard qazanmaq şansımız var. 

Azərbaycan ötən ildən özünün emal zavodunun ehtiyaclarını ödəmək üçün xam neft idxal etməyə başlayıb. Həcmlər hələ kiçikdir, amma ildən ilə artacaq (“Azneft”in nefti 2025-ci ildən sonra yaxın beşillikdə təqribən 2 milyon ton azala bilər, yataqların çıxarıla biləcək ehtiyatları get-gedə azalır). 

Demək, Azərbaycanın yeni xərc maddəsi də yaranacaq – xam neftin idxalı üçün çəkilən xərclər. 

Buna görə də neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
1
vaxt.az

3Mənbələr