AZ

Qərbin "havası ilə oynayan" Ermənistan: Rusiya Nikolu cəzalandırır

Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır, çünki Rusiya bu ölkə ilə müttəfiqlik münasibətlərinə sadiq qalır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə "News.ru"nun Moskva ilə İrəvan arasında siyasi əlaqələrin pisləşməsi ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, bu sual İrəvana ünvanlanmalıdır: “Rusiya həmişə Ermənistanla münasibətlərin müttəfiqlik səviyyəsindən çıxış edib və sadiq olub. Bu tarixi idi. Ancaq şübhəsiz ki, bu, ikitərəfli bir yoldur. Bizim tərəfimizdən bu küçədə heç vaxt ziqzaq olmayıb. Qalan hər şeyi isə rəsmi İrəvandan soruşun”.

Zaxarovanın fikirlərinə münasibət bildirən “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a qeyd edib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşən tempdə bir ildən çoxdur davam edir: 

“Bunun əsas səbəbi isə Ermənistanın Qərbyönümlü siyasət yürütməsidir. Eyni zamanda, Qərbin diktəsi ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istiqamətindəki səyləridir. Proseslərin bu cür inkişafı, yəni  Rusiya sərhədçilərinin və sülhmərəmlılarının Cənuni Qafqazdan çıxması və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı  (KTMT) fəaliyyətini de-fakto dayandırması deməyə əsas verir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı mövqeylərini sarsıtmağa çalışır. Şübhəsiz ki, bunların hamısı Qərb tərəfindən verilən tağşırıqlarıdır. Rəsmi İrəvanın belə cəhdləri isə iki ölkə arasındakı əlaqələrə təsir göstərir. Bu gün Ermənistanda hakimiyyət əleyhinə davam edən aksiyaların bir qismində Rusiyanın barmağı var. Bu isə Rusiyanın Nikol Paşinyan hakimiyyətini cəzalandırmasının göstəricisidir. Amma Rəsmi Moskva Ermənistanla münasibətlərin qurulmasında maraqlıdır. Çünki Ermənistan üzərində Rusiya və Qərbin təzyiq mübarizəsi gedir. Hansı tərəf Ermənistan üzərində daha çox təzyiq göstərə bilsə, Cənubi Qafqazda mövqeylərini möhkəmləndirə biləcək. Rusiya və Ermənistan arasında münasibətlərin  bundan sonra bərpası mümkün deyil. Əksinə olaraq münasibətlər mənfi tendensiya fonunda davam edəcək. Belə olan halda isə Ermənistan üçün yaxşı heç nə vəd olmayacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
sherg.az

1Mənbələr