AZ

Azərbaycan həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa edib- ÖZƏL

"2023-cü ilin sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qanunsuz xunta rejiminin sığındığı digər ərazilər də separatçılardan təmizləndi. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. Beləliklə, Azərbaycan işğal altında olan torpaqlarını erməni təcavüzkarlarından təmizləyərək, yeni bir həyata qədəm qoydu". "Olaylar" xəbər verir ki, bunu  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnaməsi imzalamışdı və 30 ilə yaxın bir müddət ərzində yerinə yetirilmədi. Bütün qətnamələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yerinə yetirdi. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi apararaq ərazilərinin böyük bir hissəsini, təxminən 10 min kvadratkilometri işğaldan azad etdi. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin  noyabrın 8-də  Qarabağın tacı olan Şuşanı misli görünməmiş bir qəhrəmanlıqla 28 illik işğaldan azad etməsi dünya hərb tarixinə bir yenilik gətirdi. Məhz sıldırım qayaları, keçilməz dağ cığırlarını aşaraq burada düşmənin ən çevik ordu birləşmələrini darmadağın edən Azərbaycan hərbçiləri Şuşada üçrəngli bayrağımızı dalğalandırdılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
olaylar.az

1Mənbələr