AZ

Toni Kroos: “Bavariya”nın qəzəbinə haqq qazandırmaq olar”

style='margin-bottom:10px;'>

"Real"in yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında hakimlərin verdiyi qərarlar haqda danışıb.

QOL.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, deyib: “Oyunun davam etməsinə icazə verilməliydi. Burada əsasən yan xətt hakimin səhvini görürəm. O, bayrağı qaldıranda, baş hakim 3 metrlik ofsayd olduğunu düşünərək ona güvəndi. “Bavariya”nın qəzəbinə haqq qazandırmaq olar, çünki epizodu sona qədər davam etdirməyə icazə verilməliydi”.

Qeyd edək ki, cavab görüşünün 68-ci dəqiqəsində "Bavariya" hesabı açsa da, "Real" 88 və 90+1-ci dəqiqələrdə fərqlənib. Görüşün sonunda "Bavariya"nın futbolçusu Matteys de Liqt "Real"ın qapısına qol vurub. Bununla belə, baş hakim Şimon Martsinyak Münhen klubunun digər futbolçusu Noussair Mazraouinin oyundankənar vəziyyətdə olduğunu hesab edərək, epizodun sonunu gözləmədən fit çalıb və ofsayd qeydə alıb. Nəticədə Münhen təmsilçisinin qolu sayılmayıb, "Real" mərhələ adlayıb. Bu qərar futbol ictimaiyyətində böyük səs-küyə səbəb olub. . De Liqt oyundan sonraki açıqlamada hakimin bu qərara görə ondan üzr istədiyini bildirmişdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
teleqraf.com

1Mənbələr