AZ

17 yaşında itkin düşən şəxs 27 il sonra qonşunun zirzəmisindən tapıldı - FOTO/VİDEO

Əlcəzairdə ağılasığmaz hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, 17 yaşında itkin düşən və öldüyü zənn edilən Omar bin Omran 27 il sonra sağ-salamat tapılıb.

O qonşunun zirzəmisindəki samanlıqdan çıxarılıb.

Mayın 12-də Omarın qardaşı polisə gedərək onun qonşunun zirzəmisində gizlədildiyini bildirib. Bundan sonra evdə axtarış aparan polis 27 ildən sonra Omarı tapıb, ev sahibi olan 61 yaşlı şəxsi isə həbs edib.

Fəallar insanların zorla istismarına qarşı sosial şəbəkə hesablarında böyük qəzəb və aqressiya doğuran paylaşımlar nümayiş etdiriblər.

Omarın psixologiyası pozulub. Danışmaq qabiliyyətini isə demək olar ki, itirib. Ailəsi bu illər ərzində onun silahlı qruplaşmalar təəfindən qaçırılıaraq öldürüldüyünü zənn ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
9
baku.ws

10Mənbələr