AZ

Putin tərcüməçiyə imkan vermədi: Mənə elə gəldi ki...

Rusiya prezidenti Vladimir Putin Çində özünü evindəki kimi hiss etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Uzun danışdığım və tərcüməçiyə tərcümə etməyə icazə vermədiyim üçün məni bağışlayın. Mən Çində özümü evimdəki kimi hiss etdim, ona görə də mənə elə gəldi ki, burada hamı rus dilini başa düşür”, - deyə prezident bildirib.

Putin Rusiya ilə ÇXR arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi şərəfinə etdiyi çıxışda fasiləsiz uzun nitqinə görə tərcüməçidən üzr istəyib.

Bundan əvvəl Çin prezidenti Si Cinpin Putinə yeni əməkdaşlıq planları hazırlamağa hazır olduğunu bildirib. Siyasətçi xatırladıb ki, ötən il yenidən seçildikdən sonra Rusiyaya da səfər edib və Putinin inauqurasiyadan sonra cavab səfəri “yaxşı təmas ənənəsinin davamıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
publika.az

2Mənbələr