AZ

®“HUAWEI MateBook D16”: İş və təhsil üçün büdcənizə uyğun noutbuk

®“HUAWEI

Hazırkı dövrdə texnologiyalar çox sürətlə inkişaf edir, bu da öz növbəsində həyat və iş tərzimizə əhəmiyyətli dərəcədə təsir edir. İnternet texnologiyalarının və mobil cihazların inkişafı sayəsində, insanların çoxu internet məkanında işləməyi və ya təhsil almağı seçir. Noutbuklar getdikcə populyarlaşır, stasionar kompüterləri əvəz edir. Bunun əsas səbəbi onların müasir dünya tələblərinə uyğun olmasıdır. Noutbukların yığcamlığı və yüngüllüyü sayəsində, istifadəçi onu asanlıqla çantaya yerləşdirilə bilər və hər hansı bir yerdən işləmək və ya təhsil almaq imkanı əldə edə bilər.

Bu kontekstdə, “HUAWEI MateBook D16” etibarlı, güclü və həm də büdcəyə uyğun noutbuk axtaranlar üçün ideal seçimdir. Bu cihaz evdə və ya yolda işləmək, yaxud təhsil almaq üçün uyğundur, bütün lazımi funksiyaları və texnologiyaları özündə birləşdirir. “HUAWEI MateBook D16” yüksək performanslı, yığcam və yüngül noutbukdur, peşəkarlar və tələbələr üçün idealdir. O, çəkisi 1,68 kq və qalınlığı 17 mm olmaqla, daşıma rahatlığını təmin edir.

Cihazın yığcamlığına baxmayaraq, o 16 düym HUAWEI “FullView” ekranı və güclü “Intel® Core™ i9” prosessoru ilə təchiz edilib. Ekran “TÜV Rheinland” tərəfindən sertifikatlaşdırılıb və uzun müddətli iş prosesi zamanı gözlər üçün rahatlığı təmin edən mavi işıqdan qoruma funksiyasına malikdir. Modelin digər xüsusiyyəti “Super Device” funksiyasıdır ki, bu da digər HUAWEI cihazları ilə rahat qoşulmanı təmin edir. Noutbuk həmçinin 180° açıla bilir, beləliklə məlumatların izlənməsi üçün rahatlığı təmin edir.

Son olaraq onu da qeyd edək ki, “HUAWEI MateBook D16”, routerdən 270 metrə qədər məsafədə siqnalı qəbul edə bilən optimal Wi-Fi əlaqəsi üçün “HUAWEI Metaline” anten ilə təchiz edilib. Beləliklə cihaz, sürətli və etibarlı simsiz bağlantını təmin edir. “HUAWEI MateBook D16” noutbuku istər peşəkarlar istərsə də tələbələr üçün ideal seçimdir. O, sizə harada olmağınızdan asılı olmayaraq məhsuldar və effektiv qalmağa imkan yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
azertag.az

2Mənbələr