AZ

Ermənilər Ermənistan-Gürcüstan dövlətlərarası yolu BAĞLADILAR – VİDEO

Ermənistanın Tavuş rayonunun Kirants kəndinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, onlar sərhədin delimitasiyası çərçivəsində Bakı ilə İrəvan arasında 4 Azərbaycan kəndi ilə bağlı protokol imzalanmasına görə etiraz edirlər.

Mayın 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 9-cu iclası keçirilib və bu iclasda Azərbaycanın Qazax rayonunun 4 kəndi üzrə yuxarıda qeyd olunan protokol imzalanıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
50
interpress.az

10Mənbələr