AZ

Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

Azərbaycanın Paraatletləri Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaq.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 17-25 may tarixi aralığında baş tutacaq yarışda ölkəni Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcəklər.

Qeyd edək ki, milli komandamız yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
7
report.az

8Mənbələr