AZ

Şəkər dərmanlarında qıtlıq - 15 gündür...

"Bu gün şəkər dərmanları bizə verildi, biz də öz növbəmizdə xəstələri dərmanlarla təmin edirik"

Bunu Teleqraf.com-a açıqlamasında Binəqədi rayonu ərazisində yerləşən 9 nömrəli şəhər poliklinikasının aptekinin nümayəndəsi Natəvan Hüseynova deyib.

Qeyd edək ki, 15 gündən çoxdur poliklinikalarda pulsuz verilən şəkər dərmanlarinda qıtlıq yaranıb. Dərmanlar poliklinika apteklərinə çatdırılmırdı.

"Bəli, şəkər dərmanları ilə bağlı çatışmazlığımız var idi. Amma bu gün şəkər dərmanları bizə verildi, biz də öz növbəmizdə xəstələri dərmanlarla təmin edirik. Dərman qıtlığının səbəbi bizlik deyildi. Xəstənin şikayətlərini qeyd edib, nəzərə alırıq. Çalışırıq ki, dərman çatışmazlığı olmasın. Xəstələrin şikayətini nəzərə alaraq TƏBİB bizə o dərmanları verdi", - Hüseynova əlavə edib.


Müəllif: Nərmin Muradova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
teleqraf.com

2Mənbələr