AZ

Ən çox nifrət edilən məşhurların adları açıqlanıb –Siyahıda Kim Kardaşyan da var

2024-cü ildə ən çox nifrət edilən məşhurların adları açıqlanıb.

Azpost.info “The Mirror” a istinadən xəbər verir ki, onların reytinqini “Ranker” portalı hazırlayıb.

Mənbənin sözlərinə görə, bu il ən çox sevilməyən ulduzlar Şahzadə Harrinin həyat yoldaşı Sasseks hersoginyası Meqan Markl və Hollivud aktyoru Conni Deppin keçmiş həyat yoldaşı, aktrisa Ember Herd olub.

Saytda keçirilən sorğuda artıq 394,5 min səs toplanıb.

Nəşr aydınlaşdırır ki, Meqan Markl və əri Şahzadə Harri krallıq səlahiyyətlərindən imtina edərək ABŞ-a köçdülər. Ember Herd keçmiş əri, aktyor Conni Deppə böhtan atıb. Münsiflər heyəti 2022-ci ildə keçirilən məhkəmə prosesində bu qənaətə gəlib.

Ən sevilməyənlər siyahısına həmçinin 3-cü yerdə teleaparıcı Ellen DeGeneres, 2-ci yerdə Şahzadə Harri və birinci yerdə Opra Uinfri gəlir. Reytinqdə Kris Braun, Kim Kardaşyan, Kanye Uest, Kayli Cenner və başqalarının da adları yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
5
azpost.info

6Mənbələr