AZ

Avropa İttifaqı Avrozona iqtisadiyyatını dəyərləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyası Avrozonanın bu ilki iqtisadi artım proqnozunu 0,8 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Aİ Komissiyasının “Avropa İqtisadi Proqnozları 2024 Bahar” hesabatı dərc olunub.

“Yüksək geosiyasi risklər səbəbindən tədricən genişlənmə” başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2024-cü ildə 1 faiz, 2025-ci ildə isə 1,6 faiz artacağı proqnozlaşdırılıb.

Hesabatda Avrozona iqtisadiyyatının da 2024-cü ildə 0,8 faiz, 2025-ci ildə isə 1,4 faiz artacağı qeyd olunub.

Aİ Komissiyasının əvvəlki "Qış" hesabatında Aİ-nin 2024-cü ildə 0,9 faiz, 2025-ci ildə 1,7 faiz, Avrozonanın isə 2024-cü ildə 0,8 faiz, 2025-ci ildə 1,5 faiz artacağı proqnozlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
banco.az

1Mənbələr