AZ

Gürcüstan hakimiyyəti Qərbdən uzaqlaşmaq yolunu tutub? – Samirə Bayramova saat 16:00-da Çətin sualda

Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Amma buna baxmayaraq Gürcüstanda etirazlar səngimir. Yüzlərlə etirazçı parlament binasının önünə toplaşaraq  qanunun qəbuluna yox deyir.

Parlamentdə 84 deputat lehinə, 30 deputat isə qanunun əleyhinə səs verib. Bununla da qanun layihəsinin parlamentdə müzakirəsi prosesi başa çatıb. Layihə imzalanmaq üçün Prezidentə təqdim olunacaq. Prezident Salome Zurabişvili isə qanuna veto qoyacağını bildirib.

“Xarici təsirin şəffaflığı” layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü arzusu” fraksiyasıdır.

Avropa Birliyi və ABŞ bu qanun layihəsinə qarşı çıxıb.

Gürcüstanda baş verənlərlə bağlı ictimai- siyasi fəal Samirə Bayramova Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
turan.az

1Mənbələr