AZ

“Karvan”ın baş məşqçisi: “Hədəfimiz üç xal idi”

Futbol üzrə Azərbaycan Birinci Liqasının 26-cı turunda doğma meydanda “Mingəçevir”lə qarşılaşan “Karvan” 1:0 hesablı qələbəyə sevinib.

Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Onun Arena.az-a açıqlaması belə oldu:

“Çox maraqlı, gərgin mübarizə şəraitində keçən bir oyun oldu. Hədəfimiz üç xal qazanmaq idi. Azarkeşlərə təşəkkür edirəm ki, möhtəşəm dəstək nümayiş etdirdilər. Məhz bu dəstək nəticəsində futbolçularım üç xalı qazandılar. İnanıram ki, sonuncu turda “İrəvan”ı məğlub edib mövsümü major notlarla başa vuracağıq. Azarkeşlərimizi sevindirəcəyimizə inanırıq”.

Qeyd edək ki, “Karvan” 26 oyuna topladığı 41 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Nahid Ustaclı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
arena.az

1Mənbələr