AZ

Bu ixtisaslar növbəti 20 ildə də aktual olacaq - VİDEO

“Abituriyentlər hansı ölkədə təhsil alacağından asılı olmayaraq ixtisas seçimində diqqətli olmalıdırlar”.

  

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə mütəxəssis (A-Level Təhsil Şirkətlər Qrupunun yaradıcısı) Ayan Əliyeva deyib.

 

Ayan Əliyeva bildirib ki, abituriyentlər valideynləri ilə oturub növbəti 20 il ərzində aktual olan peşələri seçməlidirlər:

 

“Məktəbi bitirən şagirdlər üçün həyatlarında ən önəmli məqamlardan biri ixtisas seçimidir. Onlar Amerikada, Avropanın hər hansısa bir ölkəsində və yaxud da Azərbaycanda təhsil almasından asılı olmayaraq ixtisas seçimini düzgün etməlidirlər.

 

Cəmiyyətdə bir fikir yaranıb ki, süni intellekt bir çox sahəni əvəz edəcək. Əslində, süni intellektdən qorxmaq lazım deyil. Çünki hazırda Amerikada aparılan tədqiqatlara görə bu peşələr çox lazım olacaq”.

 

Ayan Əliyevanın ixtisas seçimi ilə bağlı söylədiyi vacib məqamları videoya keçid edərək izləyə bilərsiniz.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
1
azedu.az

2Mənbələr