AZ

Bu halda əlillik dərəcələri ləğv ediləcək -

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qərarın əlillik dərəcəsinə təsirləri barədə Metbuat.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, bu dəyişiklik zəruri idi: Bakupost.az
“Elə şəxslər var ki, onlar o qaydaların 1.5-ci maddəsində göstərilən şərtlərə cavab vermirdilər. Bu maddəyə göndərişin verilməsi üçün şərtlər, yəni xəstəliklə bağlı sabit pozuntuların olması və s, daxildir. Qaydaların 2.2-ci maddəsində göstərilir ki, bu sənədlər toplandıqdan, baxıldıqdan sonra komissiya şəxsləri əlavə müayinəyə göndərə bilər. Çünki praktikada da bunu müşahidə edirdik. Pasiyentlər bundan imtina edirdilər və belə olan halda komissiya nə edəcəyini bilmirdi. Hazırda isə qaydanı legitimləşdiriblər. Bu halda ona əlilliyin verilməsindən imtina ediləcək”. Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, bu qərara kimi həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunsa da, artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq: Rəqabət
“Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək. Digər mühim məqam, əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətlərinin müəyyən olunmasıdır. Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi. Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı, bu sahədə əlçatanlığı artıracaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
metbuat.az

1Mənbələr