AZ

İrəvanda etirazlarda saxlanılan daha 5 nəfərə cinayət işi açılıb

İrəvanda bu gün keçirilən etiraz aksiyası zamanı saxlanılan 5 nəfər barəsində cinayət işi açılıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, aralarında ictimai fəal Vaaqn Çaxalyanın da olduğu həmin şəxslər kütləvi etirazlar zamanı ictimai qaydanın kobud şəkildə pozulması, polisin qanuni tələbinə tabesizlik, hüquq mühafizə orqanı əməkdaşına qarşı müqavimət və xuliqanlıq maddələri ilə istintaqa cəlb olunublar.

Qeyd edək ki, Tavuş Yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən Naminə Tavus” hərəkatı bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinə etiraz əlaməti olaraq kütləvi aksiyalara başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
7
apa.az

8Mənbələr