AZ

Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR? - AÇIQLAMA

Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Bakıda "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Son zamanlar baş verən bu yanğınların çoxu elektrik şəbəkəsində baş verən nasazlıqlardan qaynaqlanır. Bəs obyektlərdə yanğın təhlükəsizlik haqqından qanunaəməl edilirmi? Eyni zamanda obyektlər mütamadi şəkildə baxışlar keçirilir?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a açıqlama verib.
Ekspert obyektlərdə yanğın təhlükəsizlik haqqından qanuna ciddi riayət edilməli olduğunu vurğulayıb:

"Bütün təyinatlı obyektlər yanğın təhlükəsizlik haqqından qanuna ciddi riayət etməlidir. Bura obyektin iş prosesinə uyğun olaraq yanğın təsisatlarına və tələblərə əməl etməsindən tutmuş , siqnalizasıya , yanğın dolabları, su krantları aiddir. Bu təsisatlar isə daim işlək vəziyyə olmalıdır. Obyektlərdə çalışan işçilərin sayına görə könüllü yanğınsöndürən dəstələri yaradılmalıdır. İşçilərin yanğın təhlükəsizliyə görə bilik və bacarıqları olmadıdır. Obyektdə yanğın təhlükəsizlik rejimi yaradılmalıdır. Bu bütün müəssisələrə aiddir. Obyektdə açıq oddan istifadə etmək olmaz. Siqarət təyin olunmuş məkanlarda yalnız çəkilə bilər . Yanma riski yüksək olan matreal təhlükəsizliyə riayət olunmaqla saxlanılmalı və daşınmalıdır. Bu məsələlərə bütün obyektlər əməl etməlidir. Bu tədbirlər yanğın riskinin baş verməməsi üçündür".

E. Nurəliyev işçinin yanğın barədə müəyyən bilik və bacarıqlarının olmasının vacib olduğunu bildirib:

"Yanğın baş verərkən işçi necə davranmallıdır? Bu artıq digər etapdır. Yanğın baş verərsə işçinin bu barədə müəyyən bilik və bacarıqları olmalıdır. Yanğınların da müxtəlif növləri mövcudur. Yanğın bərk, mayə, qaz, partlamaya meilli maddelerin və elektrik şəbəkəsizdə nasazlıq səbəbindən baş verir. Yanğınların statistikasına baxsaq görərik ki, elektrik şəbəkəsində nasazlıq səbəbindən baş verən yanğınlar üstünlük təşkil edir. Ona görə də elektrik şəbəkələri yüksək səviyyədə olmalıdır. Onlara mütamadiyən texniki qulluq göstərilməlidir. Elektrik naqilləri normadan artıq yükləmək olmaz. Təmir işi zamanı elektrik naqilləri düzgün izolyasiya edilməlidir. Bu hallar pozularsa elektrik naqillərinda qızmavə alışma nəticəsində yanğın qaçılmaz olur.

Ekspert bildiib ki, yanğının baş verməsi üçün 3 element kifayetdir:

"Yanğının baş verməsi üçün 3 elementin eyni anda olması kifayet edir. Oksigen, yanan maddə və istilik . Bu 3 element birlikdədisə və yanğın təhlükəsizlik qaydalarına əməl olunmayıbsa, yanğının baş verməsi qaçınılmazdır. Yanma riski yüksək olan matrialların saxlanılmasına ciddi əməl edilməlidir. Misal üçün kağız, karton, parça sexlərində matrealdan yarım metr vəzafədə istilik cihazı qoyulub və nəzarətsiz qalıb. Bu da vaxt keçdikcə qızmaya, alışmaya səbəb olur ki, sonda yanğın baş verir. Yanğın təhlükəsizlik qaydalarına pozulması sonda yanğınla nəticələnir. Ona görə də bu qaydalara düzgün və ciddi əməl edilməlidir"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
280
42
sonxeber.az

10Mənbələr