AZ

Ten Haq “Mançester Yunayted” azarkşelərinə müraciət etdi

“Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq “qırmızı şeytanlar”ın azarkeşlərinə müraciət edib.

Arena.az məlumat verir ki, Ten Haq “Mançeser Yunayted”in İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Nyukasl”a qarşı təxirə salınmış ev oyununda qələbədən (3:2) sonra, mövsümün qalan iki vacib oyunu ərəfəsində “qırmızı şeytanlar”ın azarkeşlərinə minnətdarlığını bildirərək, dəstək istəyib:

“Oyunçular, heyət və öz adımdan bu mövsüm göstərdiyiniz parlaq dəstəyə görə hamınıza təşəkkür etmək istəyirəm. Cari mövsüm hələ bitməyib. Əvvəlcə üç xal üçün “Brayton”a qonaq gedəcəyik, sonra isə “Uembli”yə yollanacağıq. Mən isə söz verirəm ki, oyunçular bu kuboku almaq və “Old Trafford”a gətirmək üçün əllərindən gələni edəcəklər. Bizi dəstəkləyəcəyinizə əminik. Təşəkkür edirəm, siz dünyanın ən yaxşı azarkeşlərisiniz!” – BBC Ten Haqdan sitat gətirir.

Xatırladaq ki, mayın 19-da Premyer Liqanın sonuncu, 38-ci turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Brayton”la qarşılaşacaq. Mayın 25-də “Uembli” stadionunda isə “qırmızı şeytanlar”ı İngiltərə Kubokunun finalında əzəli rəqibi, Xosep Qvardiolanın “Mançester Siti”si ilə derbi oyunu gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
arena.az

1Mənbələr