AZ

“Rusiya və Çin birlikdə istənilən maneələri dəf edə bilərlər” - Putin

“Rusiya və Çin uğurlu inkişaf üçün birlikdə hərəkət edəcəklər”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi münasibətilə keçirilən konsert proqramında çıxış edərkən deyib.


“Biz iki ölkənin uğurlu inkişafı və xalqlarımızın firavanlığı naminə, Rusiya ilə Çinin dünyada nüfuzunu artırmaq üçün bundan sonra da birgə fəaliyyət göstərəcəyik”, - deyə Putin vurğulayıb.


Rusiya liderri qeyd edib ki, biz istənilən maneələrin öhdəsindən gəlməyə və ən iddialı vəzifələri həll etməyə qadirik.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
missiya.az

1Mənbələr