AZ

Çin Azərbaycanla bağlı məsələlərdə ədalətli mövqeyini nümayiş etdirir - ÖZƏL

"Azərbaycanla Çin arasında münasibətlər normal məcrada davam edir, hətta inkişaf edir də deyə bilərik".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Azərbaycan vahid Çin siyasətini, Tayvanın Çinin ayrılmaz tərkibi olduğunu tanıyır. Bunu  da dəfələrlə bəyan edib ki, hər hansı bir separatçılığa yol verilməsini dəstəkləmir, onun əleyhinə çıxır.
Çin də Azərbaycanla bağlı məsələlərdə, istər beynəlxalq tribunalarda, istər digər platformalarda ədalətli mövqeyini nümayiş etdirir. Azərbaycan Çinlə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əlaqələrin qurulmasında və s. fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə də bizim sıx münasibətlərimiz var. Bildiyim qədər, hətta Azərbaycan orada dialoq statusundadır.
Çinin "Bir kəmər, bir yol" layihəsi var ki, tarixi İpək yolunun bərpası və istifadəsi haqqında. Hazırda Azərbaycan bu prosesdə çox ciddi şəkildə rol oynayır. Hətta deyim ki, Zəngəzur dəhlizi bir növ bu layihənin tərkib hissəsi sayıla bilər.
Ümumiyyətlə, münasibətlər normal məcrada davam edir. Çin böyük bir dövlətdir, dünyanın aparıcı dövlətlərindən biridir. Çin  BMT Təhlükəsizlik Şurasının beş daimi  üzvündən biridir. Bu mənada, Cənubi Qafqazda Azərbaycan  Çinin həm də etibarlı tərəfdaşlarından biri, bəlkə də birincisidir. Münasibətlərin də normal olması faydalıdır. Qeyd etdiyim kimi, Çin dünyanın ən güc ölkələrindən biridir, iqtisadi, siyasi, hərbi və ya digər baxımından. Bu istiqamətlərdə götürəndə, hesab edirəm ki, münasibətlərin indiki mərhələsini normal qiymətləndirmək olar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
olaylar.az

1Mənbələr