AZ

"Siti" "Real"dan görün kimi oğurlamaq istəyir

"Real"ın fitnes üzrə məşqçisi Antonio Pintusa hazırda təfərrüatları məlum olmayan təklif gəlib.

Publika.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, köməkçiləri Xuanma Lillo və Karlos Visensin Pintusu sıralarında görməkdə maraqlı olduğu iddia edilir. Bu barədə "Libertad Digital" məlumat yayıb.

Pintus hələ "Real"ı tərk etmək qərarına gəlməyib. O, artıq komandanı Çempionlar Liqasının finalına hazırlamağa başlayıb. Dortmund “Borussiya”sı ilə həlledici oyundan əvvəl futbolçular Antonio ilə fiziki hazırlıq keçəcəklər.

Qeyd edək ki, Pintus 2021-ci ildə Karlo Ançelottinin məşqçilər korpusuna qoşulub. O, 2016-2019-cu illərdə də Madrid klubunda çalışıb.

Heybət

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
publika.az

10Mənbələr