AZ

“Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün nümunə ola bilər” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan-Belarus münasibətləri sıx qardaşlıq və mehriban qonşuluq münasibətlərinə söykənir. Fərqli regionlarda yerləşməsinə baxmayaraq hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşır. Eyni zamanda, bu iki dövlət birgə əməkdaşlıq sahələrini uğurla uyğunlaşdıra bilirlər. Ölkələrimiz bir-birinin suverenliyini beynəlxalq aləmdə müdafiə edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Belarus bütün tarix boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə bizə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb: “Azərbaycan isə Belarusun daxili işlərinə qarışmağın yolverilməzliyini dəfələrlə bəyan edib və bu istiqamətdə öz siyasətini formalaşdırıb. İki ölkə arasında çox sıx iqtisadi əlaqələr var. Bir çox sahələr üzrə birgə layihələrimiz fəaliyyət göstərir. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün də nümunə ola bilər”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
sia.az

2Mənbələr