AZ

Hakimi təhqir edən futbolçulara 4, məşqçiyə 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclasında Premyer Liqa ilə yanaşı, digər liqalarda baş verən neqativ hallara da baxılıb. “Qafqazinfo” xəbər verir ki, əvəzedicilər liqasının XXXIV turu ilə bağlı da qərarlar verilib.

Ən diqqətçəkən cəza “Neftçi-2” - “Kəpəz-2” oyunu ilə əlaqədardı. Belə ki, matçın 40-cı dəqiqəsində “Kəpəz-2” komandasının futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, Gəncə klubuna isə 300 manatlıq cərimə kəsilib.

AFFA U-16 və U-17 liqalarında baş verən neqativ hallar da hüquqi qiymətini tapıb. AFFA U-16 Liqasında keçirilən European Football Academy - Sabah FK oyununun 68-ci dəqiqəsində qonaqların köməkçi məşqçisi Nəbi Nəbizadə hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəzalandırılıb.

AFFA U-17 Liqasında isə Neftçi PFK-European Football Academy oyununda qonaqların heyətində 14 nömrəli futbolçu Kənan Aslan qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
qafqazinfo.az

2Mənbələr