AZ

“Mən Çində özümü evimdəki kimi hiss etdim, ona görə də…” – Putin

Rusiya prezidenti Vladimir Putin Çində özünü evindəki kimi hiss etdiyini bildirib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Uzun müddət danışdığım və tərcüməçiyə tərcümə etməyə icazə vermədiyim üçün məni bağışlayın. Mən Çində özümü evimdəki kimi hiss etdim, ona görə də qərara gəldim ki, burada hamı rus dilini başa düşsün”, – prezident bildirib.

Belə ki, Rusiya lideri Rusiya ilə ÇXR arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi şərəfinə etdiyi çıxışda fasiləsiz uzun nitqinə görə tərcüməçidən üzr istəyib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
medianews.az

1Mənbələr