AZ

"Qızıl Xaç" yenidən Bakıdakı separatçılara BAŞ ÇƏKDİ

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları may ayında Azərbaycan tərəfinin haqqında məlumat verdiyi Erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

Qeyd olunur ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

 

"Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - açıqlamada deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
49
modern.az

10Mənbələr