AZ

Azərbaycan ilk dəfə Serbiyaya xam neft ixrac edib

Azərbaycan tarixdə ilk dəfə Serbiyaya xam neft ixrac edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin aprel ayında neft tankerləri  31.56 min ton həcmində Azərbaycan neftini qeyd edilən Balkan ölkəsinə daşıyıb.

İxracdan Azərbaycana  17.52 milyon ABŞ dolları valyuta daxil olub. Bir ton Serbiyaya 555.04 dollara ticarət edilib. Ölkənin ilk 4 ayı üzrə neftin bir tonu orta hesabla 629.9 dollara ixrac edilib.

Qeyd edək ki, 2022-ci illərdə Azərbaycandan Serbiyaya xam neft ixracı nəzərdə tutulsa da, ixrac baş tutmamışdı.

Azərbaycan bu ilin ilk 4 ayı ərzində xaricə 6 milyon 928.46 min ton xam nefti 4 mlrd. 364.59 mln. dollarlıq neft satıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
banker.az

10Mənbələr