AZ

Berlin divarının qurbanı olan türk uşağın adı parka verildi

42-si uşaq olmaqla 136 nəfərin həyatına son qoyan Berlin divarının qurbanlarından olan Çətin Mertin adı parka verilib.

Publika.az xəbər verir ki, 1975-ci ildə hələ 5 yaşında ikən Berlində dünyasını dəyişən Çətin Qərbi Almaniyanın divar sərhədindəki Spree bölgəsində ölən 13 nəfərdən biri olub.

Mert Ailəsi Çətinin 5 yaşını piknikdə qeyd etmək istəyib. Çətin Spree çayının kənarında oynayarkən onun topu çaya düşüb. Çətin topu götürmək istəyərkən suya düşüb. Çay Şərqi Almaniyaya aid olduğu üçün əsgərlərin gülləsinə tuş gəlməkdən qorxan vətəndaşlar Çətini xilas etməyə cürət etməyiblər. Şərqi alman dalğıclar hadisə yerinə gələndə isə artıq gec olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
publika.az

1Mənbələr