AZ

Müstəmləkəçi Paris bir xalqı məhv etmək istəyir: Bakı buna etiraz edir

Fransanın "dənizötəsi" ərazisi, yəni müstəmləkəsiolan Yeni Kaledoniyada tətbiq edilmiş komendant saatına vəfövqəladə vəziyyətə rəğmən, etiraz aksiyaları səngiməkbilmir.

Paytaxt Numeadakı hava limanını Fransanın xüsusi təyinatlıhərbçiləri qapadıblar, bütün uçuşlar ləğv olunub.

Fransa prezidenti Emmanuel Makron təcili olaraq Milli Müdafiə vəTəhlükəsizlik Şurasının toplantısını çağıraraq, "iğtişaşlarla ənsərt şəkildə mübarizə aparılmasının zərurəliyi" ilə bağlı göstərişverib.

Yeni Kaledoniyada etiraz aksiyalarının səbəbi Parisinneokolonializm siyasətini yeni səviyyəyə çıxarması, yerli əhaliolan kanakların onsuz da minimallaşdırılmış hüquqlarının daha daməhdudlaşdırılması və onların faktiki olaraq ikinci dərəcəliinsanlar səviyyəsinə endirilməsidir.

Mayın 14-də Parisdə ölkə parlamentinin aşağı palatasınındeputatları Yeni Kaledoniyada iki gündən bəri aramsız davam edənetiraz aksiyalarını alovlandıran qanun layihəsinitəsdiqləyiblər.

Sənədi bundan sonra parlamentin Milli Yığıncağı (aşağı palata)və Senatının (yuxarı palata) nümayəndələrinin birgə iclasındamüzakirə gözləyir.

Lehinə 351, əleyhinə 153 deputatın səs verdiyi qanun YeniKaledoniyada "qanunverici islahatlar"ı nəzərdə tutur.

"İslahatlar" Yeni Kaledoniyada yerli qanunvericilik vəərazi-idarəetmə orqanlarına seçkilərdə "yeni seçicilər"ə, yəni YeniKaledoniyada 10 ildən çox yaşamış şəxslərə seçmək və seçilməkhüquqlarının verilməsini ehtiva edir.

İş ondadır ki, Numey anlaşmasına görə, Yeni Kaledoniyadaseçicilərin (elektorat) tərkibi 1998-ci ildən bəri dondurulub.Rəsmi Paris isə bundan narazıdır, çünki son 10 ildə YeniKaledoniyada məskunlaşan və heç biri aborigen xalqın mənsubu, yənikanak olmayan şəxslər seçkilərdən kənar qalırlar.

Fransa prezidenti Emmanuel Makron təşəbbüsü "üzvi, təbiidemokratik proses çərçivəsindəki islahat" kimi qələmə verir. YeniKaledoniyanın yerli xalqı olan kanaklar isə Parisin yeni qanunvasitəsilə onları siyasətdən, ən əsası isə yerli qanunvericilik vəərazi-idarəetmə orqanlarından daha da uzaqlaşdırmaq, neokolonializmilgəyini daha da sıxmaq planı kimi qiymətləndirirlər.

Mayın 14-dən 15-nə keçən gecə etiraz aksiyalarına başlayankanaklara Yeni Kaledoniya arxipelaqındakı fransız hərbçilərləpolislər divan tutmağa başlayıblar.

Artıq 3 kanak həlak olub. Onlardan biri aldığı gülləyaralarından küçədəcə keçinib.

Fransanın Yeni Kaledoniyadakı ali komissarı Lui Le Franındediyinə görə, sən demə, atəşi polislər və ya jandarmlar yox,"özünü müdafiə etmək istəyən şəxslər açıblar".

Bu mifik "şəxslər"in kimliyi barədə heç bir rəsmi açıqlamaverilməyib.

Fransanın daxili işlər naziri, habelə Fransanın DənizötəsiƏrazilər Nazirliyinin başçısı olan Jerald Darmanen "iğtişaşiştirakçılarının yüzlərlə günahsız insanı yaraladıqlarını" bəyanedib.

Bununla da kifayətlənməyən Darmanen tamamən absurd və idiotikbəyanatla çıxış edib.

“Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın əli varvə onun daxili işlərinə qarışır. Separatçılar Azərbaycanla bəziməsələlərdə danışıqlar aparmaq üçün ora gediblər”, - J.Darmanen“France-2” telekanalına müsahibəsində deyib.

Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin“France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı vəAzərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasındaiddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilərədd etdiyini bəyan edib.

Azərbaycan XİN-i Fransa tərəfinin ilk növbədə Azərbaycana qarşıtəhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini vəermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməzittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasınıdayandırmağı tələb edildiyini bildirib: "Fransa daxili işlərnazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçiliksiyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıqəleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanınvəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasibolardı".

Rəsmi Bakı onu da vurğulayıb ki, Fransanın daxili işlər naziriAzərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazlarıdəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlarasəbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqətyönəltməlidir: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassıziddiaları dayandırmağa çağırırıq".

Yeni Kaledoniyada isə artıq 140 nəfər həbs olunub.

Paytaxt Numeanın cənubundakı Plam bölgəsində guya jandarma hücumedərək onu ağır yaralamaqda suçlanan 6 nəfər həbs olunub,işgəncələrə məruz qalıb.

Plama Fransa Silahlı Qüvvələrinin Sakit Okean dəniz piyadalarıalayı yeridilib.

Bundan başqa, Yeni Kaledoniyaya artıq Fransa JandarmQüvvələrinin xüsusi təyinatlıları (GİGN) və DİN-nin XüsusiTəyinatlı Qüvvələrinin (RAİD) 400 əməkdaşı yeridilib.

Yeni Kaledoniya Fransanın "xüsusi status"a malik dənizötəsiinzibati-ərazi vahididir.

Sakit Okeanın cənub-qərb hissəsində yerləşən, təqribən 19 minkvadrat kilometrlik ərazisi olan adalardan ibarət YeniKaledoniyanın 270 min əhalisi var.

1853-cü ildən bəri Fransanın müstəmləkəsi olan bu məkanda xrom,kobalt, molibden, mis, qızıl və nikel çıxarılır. Dünya nikelehtiyatlarının təxminən 11 faizinə malik olan Yeni Kaledoniyanıfransızlar sözün əsl mənasında vəhşicəsinə istismar edirlər.

1988 və 1998-ci illərdə imzalanmış Matinyon və Numeyanlaşmalarına görə, rəsmi Paris yerli kanaklara guya daha çoxmüstəqillik və hətta muxtariyyət verdiyini vurğulasa da, reallıqtam əksinədir.

Kanaklar müstəqil olmaq, müstəmləkə statusundan qurtulmaq,Fransanın neokolonialist siyasətinin yerli reallığına son qoymaqistəyirlər.

Yeni Kaledoniyada müstəqilliklə bağlı indiyədək 5 referendumkeçirilsə də, hamısının nəticələri Paris tərəfindənsaxtalaşdırılıb.

1988 və 1998-ci illərdəki referendumun rəsmi «nəticə»lərinəgörə, guya Yeni Kaledoniya sakinlərinin müvafiq olaraq 57 və 71faizi muxtariyyət statusu ilə razılaşıblar.

2018-ci ildə keçirilmiş referendumda yerli sakinlərin 56,7faizi, 2020-ci ildə - 53,3 faixi, 2021-ci ildəki referendumda isəartıq 96 faizi (!) müstəqilliyin əleyhinə “səs veriblər”.

Halbuki Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindənazad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdanetibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ dəonlara qarşı kolonializm siyasətini davam etdirir. Yerli kanaklardəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində özmənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar.

Xatırladaq ki, Azərbaycan beynəlxalq arenada dekolonizasiyaprosesini təşviq edir, müstəmləkəçilikdən əziyyət çəkən xalqlarınhaqlı mübarizəsini və neokolonializmə müqavimətini dəstəkləyir.Ölkəmiz neokolonializmə qarşı mübarizəni prioritet elan edib.

Bildirilib ki, dəyərlərini gələcək nəsillərə ötürmək üçünmübarizə aparırlar və bu istiqamətdə Azərbaycanın təşəbbüslərinitəqdir edirlər. “Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunuoynayır”, - Bakıda olan Kaledoniya nümayəndə heyətinin üzvlərindənbiri demişdi.

Ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresininİnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika,nəqliyyat və rabitə komitəsinin sədri, Kənd TəsərrüfatıAgentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasınıöz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşıyürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından sözaçıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyiçətinliklərdən bəhs edib.

O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratınıözünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyüöhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinəmüdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağaçalışır:

"Azərbaycana təşəkkür edirik, çünki bu ölkə bizi mübarizədəilhamlandıran tərəfdir. Azərbaycan bizim üçün həqiqi birnümunədir".

O.Naisselin Azərbaycan parlamenti ilə bağlanan əməkdaşlıqmemorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılaraçacağını bəyan edib. Onun sözlərinə görə, müstəmləkə altında millimənsubiyyəti qoruyub saxlamaq çox çətindir:

“Fransa isə, əlbəttə, bunu istəmir və təzyiq göstərir. Biziməsas məqsədimiz mədəniyyətimizi, dəyərlərimizi qoruyub saxlamaqdır.Fransa öhdəliklərinə hörmət etmir, tərəfsiz qalmır. Fransanın bizimölkəmizdəki seçkiyə müdaxiləsi xalqımızın mənafeyinə uyğun deyil.Bu bizim ölkəmizdəki demokratik mühitə və stabilliyə mənfi təsirinigöstərə bilər”.

Sadaladığımız olaylardan dolayı Yeni Kaledoniyadakı etirazaksiyalarında Azərbaycan bayrağının dalğalanması, kanaklarınAzərbaycana minnətdarlıq etmələri əsla təsadüfi deyil.

Təbii ki, rəsmi Paris də Bakının nekolonializmə qarşı mübarizəyəsiyasi və mənəvi dəstək verməsindən çox narahatdır.

Zatən, müstəmləkəçilərin maskaları yırtılanda onlar nə zamanrazı qalıblar ki...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
20
az.trend.az

10Mənbələr