AZ

Kareliyada ağır qəza: sürücünün olduğu kabin əzildi – FOTOLAR

Kareliya Respublikasında Kola magistralının 398-ci kilometrliyində yük maşını ağır qəza törədərək sürücünün olduğu kabin əzilib.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 16-da səhər saat 9 radələrində baş verib.

“ZİL” səngərə düşüb, çevrilib, sonra isə yenidən təkərlərinə oturub.

Hadisə yerinə həkimlər, yol polisi əməkdaşları və xilasedici gəlib. Akkumulyatoru ayırdıqdan sonra sürücünü maşından çıxara biliblər.

Məlumata görə, sürücü xəsarət alsa da, sağ qalıb.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
medianews.az

1Mənbələr