AZ

Qəzzada uşaqlar ölür... - 15 min 103 nəfər - FOTO

Qəzzada 15 min 103 uşaq həyatını itirib.

Bakupost.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti X hesabında verdiyi yazılı açıqlamada İsrail ordusunun 7 aydan çoxdur havadan, dənizdən və qurudan hücumlar təşkil etdiyi Qəzza zolağında həyatını itirən uşaqların sayına diqqət çəkib.

Açıqlamada, "Hücumlarda 15 min 103 uşaq həlak olub”, deyə bildirilib.

Qeyd edək ki, Qəzzada ölənlərin sayı 35 min 233-ə, yaralı sayı isə 79 min 141-ə yüksəlib.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.



Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
bakupost.az

1Mənbələr