AZ

ADA Universiteti COP29 konfransına hazırlıqda fəal iştirak edir

Bakı. Trend:

Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasıkeçiriləcək. ADA Universiteti iqlim dəyişmələri məsələləri üzrə çoxsayda müzakirələr, diskussiyalar və konfranslar təşkil etməkləkonfransa hazırlıqda fəal iştirak edir.

Trend xəbərverir ki, bu barədə ADA Universitetinin dövlət, xarici və tələbəişləri üzrə prorektoru Fariz İsmayılzadə Universitetdə keçirilənİqlim-Su Zirvəsində ADA Universitetində keçirilən İqlim-SuZirvəsində deyib.

"Ötən həftə COP29-un prezidenti Muxtar Babayevlə Bakı sammitindəakademik elmi müzakirələrə daha çox diqqət yetirilməli olduğunadair fikri müzakirə etdim. Əvvəlki sammitlərlə müqayisədə, bu ilalimlərin fəal şəkildə cəlb edilməsi, onlar üçün xüsusiplatformaların yaradılması və cari dəyişikliklərə həsr olunmuşmüzakirələrdə iştiraklarının təşkili nəzərdə tutulur. Onlaraparılan müzakirələr əsasında siyasətçilərə öz tövsiyələrini verəbiləcəklər", - deyə o qeyd edib.

F.İsmayılzadə ADA Universitetinin istənilən vaxt bütünmüzakirələr üçün platforma qismində çıxış edə biləcəyinivurğulayıb.

"Bu ilin əvvəlindən artıq 10 konfrans təşkil etmişik. Hamı, ocümlədən, alimlər və siyasətçilər üçün diskussiyaları təmin etməkməqsədilə bütün il ərzində bu kimi tədbirlərin təşkilini davametdirməyi planlaşdırırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsikeçirilib.

Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar vəözəl sektordan ekspertləri iştirak ediblər.

Çıxış edənlər arasında Ekologiya və Təbii SərvətlərNazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və KəndTəsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı RezidentƏlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 AzərbaycanƏməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru,Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink"şirkətinin baş direktoru olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
az.trend.az

2Mənbələr