AZ

Çin Azərbaycana idxalda niyə liderdir?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 134 ölkədən idxal həyata keçiriblər. 

Banco.az DSK-ya istinadla xəbər verir ki, xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib.

Çindən idxalın həcmi 743,7 milyon dollar (ümumi idxalın 20,04%-i), RusiGüya Federasiyasından 661,8 milyon dollar (17,83%), Türkiyədən 538,7 milyon dollar (14,51%) təşkil edib.

Çindən idxalın artması barədə Banco.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki,  Çin mallarının ucuz olması ölkəyə diqqətin artmasına səbəb olub:

“Keçən ilin ortalarından başlayaraq Çində  inflyasiya sıfıra yaxın oldu. Orada qiymətlər nəinki artmır, hətta bəzi sahələr üzrə azalır, deflyasiya qeydə alınıb. 
Biz Türkiyə ilə Gürcüstan ərazisindən ticarət edirdik. Çin məhsulları isə Azərbaycana artıq dəmir yolları vasitəsilə rahat şəkildə çatdırıla bilir. Yəni Orta Dəhliz layihəsinin bir hissəsi tam gücü ilə olmasa da, artıq fəaliyyətdədir. Çindən artıq dəmiryolu vasitəsi ilə 15-16 günə məhsulların çatdırılması mümkündür”. 
Bəzi ekspertlər hesab edir ki, Çinlə ticarətin artmasına səbəb  Qırmızı dənizdə yaranan problemlərlə bağlıdır. Natiq Cəfərli bu fikirləri təsdiq etmədi:
“Qırmızı Dənizdə baş verən hadisələrin Azərbaycan Çin münasibətlərinə, Azərbaycan, Türkiyə ticarət dövriyyəsinə heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, yeganə səbəb Çin mallarının keyfiyyətinin son illər yüksəlməsi və qiymətinin daha ucuz olmasıdır. Deflyasiya qeydə alındığından bütün dünyada Çin mallarına maraq artıb. O cümlədən, Azərbaycanda da marağın  artması böyük alış həcminin yüksəlməsinə şərait yaradıb”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
banco.az

1Mənbələr