AZ

Biləcəridə piyadaların yolunu kəsən maşınlar təmizləndi - DYP-dən RƏSMİ AÇIQLAMA

Səkilərin sürücülər tərəfindən zəbt olunması piyadaların hərəkəti üçün həm çətinlik, həm də təhlükə yaradır.

Avtosfer.az xəbər verir ki, vətəndaşlardan biri yaşadığı problemi videoya çəkib.

Belə ki, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bir neçə sürücü nəqliyyat vasitəsini səkini zəbt edərək park edib. Nəticədə piyadaların yolu bağlanıb.

Avtosfer.az problem ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarənin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, Binəqədi rayonunun qeyd olunan ərazisində nəzarət-profilaktik tədbirlər həyata keçirilib: “Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə, həmçinin piyada zolaqlarında nəqliyyat vasitələrini saxlayaraq onların hərəkətinə mane olan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bir daha sürücülərdən xahiş və tələb edirik ki, bu kimi hallara yol verməyib, piyadaların hərəkətinə maneə yaratmasınlar”.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
avtosfer.az

2Mənbələr