AZ

Ağdaşda xatirə turniri

Ağdaş şəhər stadionunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futbol üzrə Ağdaş rayon çempionatının açılış mərasimi keçirilib.

Açılışdan öncə Azərbaycan respublikasının dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, xatirə turnirində 10 komanda qalib adı uğrunda mübarizəyə qoşulub. Olimpiya sistemi üzrə keçirilən turnirinin sonunda ilk üç yeri tutan komandalar mükafatlandırılacaq.

BƏHRUZ MUSAYEV, AĞDAŞ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
futbolinfo.az

1Mənbələr