AZ

Tualet fırçasını yaladı! Alman siyasətçinin qalmaqallı görüntüləri sızdı

Tualet fırçasını yalayan alman siyasətçinin qalmaqallı görüntüləri yayılıb.
Sherg.az xəbər verir ki, iyunun 9-da Almaniyada keçiriləcək Avropa Parlamenti seçkiləri çərçivəsində ölkənin şərqində parlament seçkiləri keçiriləcək. Azad Demokrat Partiyasının (FDP) namizədi Martin Neumaierin seçkidən az əvvəl ortaya çıxan görüntüləri dünya mediasında böyük səs-küyə səbəb olub. Neumaier yerli seçkilər siyahısında ikinci yeri tuturdu və Almaniyanın yüksələn siyasətçilərindən biri hesab olunurdu.

İlk olaraq sosial mediada, daha sonra Almaniya mətbuatında Neumaierin tualetdəki görüntüləri yayımlanıb. Tualet fırçasını, tualet qabını, lavabonu və hətta kanalizasiyanı yalayarkən görüntülənən Neumaier hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Görüntülər partladıqdan sonra FDP Neumaierin namizədliyini rəsmi saytından silib. Həmçinin qeyd edilib ki, görüntülər vağzalın tualetində çəkilib.

Digər tərəfdən sızan digər videolarda Neumaier çılpaq Nasist himnini dinləyərkən görüntülənib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
sherg.az

2Mənbələr